Rusiya separatçılara böyük hərbi texnika karvanı göndərib

20 İyun 2014 12:00 (UTC+04:00)

Son bir həftə ərzində Rusiya və Ukrayna prezidentləri telefon danışığında iki dəfə sülh planını müzakirə edib.

Bununla belə, terrorçulara Rusiyanın hərbi texnika yardımı davam etdirilir. Publika.az-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri, “İnformasiya müqaviməti” qrupunun koordinatoru Dmitri Tımçuk “facebook” səhifəsində yazıb.

Hərbi ekspert son bir gündə 2 ədəd “T-64” tankı və beş ədəd BTR-in (zirehli transportyor) Rusiyadan Luqansk vilayətinə daxil olduğunu bildirib. O həmçinin ən azı 3 ədəd “Qrad” yaylım atəş sisteminin də Ukraynaya keçdiyini qeyd edib.

Hərbi-siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri “Doljanski” sərhəd buraxılış məntəqəsi vasitəsilə Rusiyadan Ukraynaya muzdlular və silah axınının davam etdiyini bildirib.

Ömər Dağlı