Sürüşmə zonasında SON VƏZİYYƏT - Nazirlik açıqladı

18 Oktyabr 2018 23:00 (UTC+04:00)

Bakının Səbail rayonunda Badamdar sürüşmə zonasında aktivlik dinamikası dəyişməz olaraq qalıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, saat 21:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsi üzərindəki xırda süxurların yola doğru hərəkəti müşahidə edilib.

Qeyd olunur ki, indiki saata nəzərəçarpacaq dəyişiklik qeydə alınmayıb.