Ukraynada cəsədlər dəyişdirildi

20 İyun 2014 15:08 (UTC+04:00)

Ukraynada Rusiya tərəfdarı separatçılar və antiterror gücləri arasında cəsədlərin mübadiləsi həyata keçirilib.

Publika.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, cəsədlərin mübadiləsi Donetsk yaxınlağındakı Karlivka qəsəbəsində baş tutub.

Separatçıların 100-ə qədər Ukrayna hərbçisinin cəsədini təhvil verdiyi deyilir. Onlardan 49-u keçən həftə “İl-76” tipli hərbi-nəqliyyat təyyarəsinin vurulması nəticəsində ölənlərdir. Təyyarə Luqansk yaxınlığında separatçılar tərəfindən vurulmuşdu.

Ukrayna ordusu da qarşı tərəfə 9 cəsəd və 12 yaralını təhvil verib.

Ömər Dağlı