Həbsdə olan məşhurlar - FOTO

3 Noyabr 2018 12:48 (UTC+04:00)

Kimi narkotik istifadəsi, kimi adam döymə, kimi təcavüzə görə həbs edilib.

Publika.az Türkiyədə məşhur müğənni, aktyor və modellərin hansı səbəbdən həbs həyatı yaşaması barədə məlumatı təqdim edir.

Məşhu müğənni Bülənt Ərsoy 1980-ci ildə 19 sentyabrda evinə gələn hakimi təhqir etdiyinə görə həbs edilib, İzmir həbsxanasına göndərilib. Həmin il noyabrın 3-də baş tutan məhkəmənin qərarı ilə ona 11 ay 20 günlük cəza verilib. Bundan başqa B.Ərsoy Quşadasında bir jurnalistə hücum edib, avadanlığını sındırdığına görə 2 ay həbs həyatı yaşayıb.

Müğənni İbrahim Tatlısəs polislə mübahisə etdiyi üçün həbs həyatı yaşayıb. Belə ki, 1987-ci ildə İzmirdə film çəkərkən yaxınlıqdakı sərginin ərazisindən istifadə etmək istəyib. Lakin çəkiliş qrupu əvvəldən icazə alınmadığı üçün əraziyə buraxılmayıb. Buna çox əsəbləşən İ.Tatlısəslə polis arasında mübahisə yaranıb və polisi təhqir etdiyi üçün həbs edilib. Tatlısəs cəmi 16 gün həbsdə qalıb.

Müğənni Sərdar Ortac isə 1999-cu ildə əsgərlikdən qaçmaq üçün hiylə işlətdiyinə görə 54 gün həbs həyatı yaşayıb.

Model Ebru Şallı kokain istifadə etdiyi iddiası ilə 1999-cu ildə saxlanılıb. Daha sonra tutularaq 15 gün həbs cəzası verilib.

Müğənni Dəniz Seki narkotik istifadə etmək və istifadə edənləri narkotiklə təmin etdiyinə görə həbs edilib.