Əri tərəfindən döyülən Sıla polisə ifadəsində bunları yazıb - FOTO

4 Noyabr 2018 11:14 (UTC+04:00)

Son günlər Türkiyədə tanınmış müğənni Sıla Gençoğlunun həyat yoldaşı tərəfindən döyülməsi geniş müzakirə edilir.

Publika.az xəbər verir ki, "Kanal D" telekanalı müğənninin tanınmış aktyor olan həyat yoldaşı Ahmet Kural barəsində polisə şikayətini əldə edib. Sıla yazılı ərizəsində qeyd edib ki, əri onu yumruq, təpiklə döyüb və külqabını üstünə çırpmaq istəyib. Hətta o, həyat yolaşını ölümlə hədələyib. Tanınmış aktyor “Get, burdan, yoxsa, səni öldürərəm!”, deyərək Sılanı təhdid edib.

Qeyd edək ki, 2 gün əvvəl Sıla xəstəxanaların birinə gedərək döyülməsi ilə bağlı həkim müayinəsindən keçib və ekspertiza rəyi alıb. O, polisə müraciət edərək ərinin cəzalandırılmasını tələb edib. Bazar ertəsi günü A.Kural polisdə hadisə ilə bağlı ifadə verəcək.

Türkiyə mətbuatında Ahmet Kuralın külqabı ilə Sılaya zərbələr endirdiyini yazılmışdı.