Avropa Çin, Rusiya və ABŞ-la MÜHARİBƏYƏ HAZIRLAŞIR? – Makrondan bəyanat

6 Noyabr 2018 12:21 (UTC+04:00)

Fransa prezidenti Emmanuel Makron müstəqil ümumavropa ordusunu yaratmağı təklif edib.

Publika.az xəbər verir ki, prezidenti bu haqda “Europe 1” radiostansiyasının efirində bildirib.

“Əgər ümumavropa ordusunu yaratmaq barədə qərar verməsək, biz avropalıları qoruya bilməyəcəyik. Avropa özünü Birləşmiş Ştatlarsız müdafiə etməlidir”, - o deyib.

Makron vurğulayıb ki, indi Avropa onun daxili demokratik proseslərinə və kiberməkana müdaxilənin çoxsaylı cəhdləri ilə qarşılaşır.

“Biz qorunmalıyıq! Çindən, Rusiyadan və hətta Birləşmiş Ştatlardan”, - fransız prezident yekunlaşdırıb.

Qeyd edək ki, bu, “Avropa ordusu”nun yaradılmasının vacibliyi ilə bağlı birinci təklif deyil. Ötən il Avropa Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, Avropa İttifaqı 2025-ci ilə Avropa Müdafiə İttifaqını yaratmalıdır.

Onun sözlərinə görə, bunu Şimali Atlantika İttifaqı (NATO) da istəyir.

“Müdafiə sahəsində daha çox səy tələb olunur. Avropa Müdafiə İttifaqının yaradılması bizim çağırışlarımızdan hesab olunur. Söhbət PESCO-nun yaradılmasından gedir. 2025-ci ilə kimi Avropa Müdafiə İttifaqı yaradılmalıdır. NATO da istəyərdi ki, ittifaq yaradılsın”, - Yunker Strasburqda Avropa Parlamentinin plenar sessiyasında proqram nitqi ilə çıxışında deyib.

Rusiyaya qarşı vahid ordu qurulur – TARİX AÇIQLANDI

Ömər