"İnterpol"un axtardığı azərbaycanlı Türkiyədə tutuldu: Bakıya gətirildi - FOTO

13 Noyabr 2018 13:21 (UTC+04:00)

İnterpol vasitəsi ilə beynəlxalq axtarışa verilmiş azərbaycanlı tutulub.

Publika.az xəbər verir ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Haldun Hacıyev Türkiyə Respublikasında saxlanılıb.

O, Bakıya ekstradisiya edilib.