"Real" Argentinadan futbolçu transfer etdi

14 Noyabr 2018 20:44 (UTC+04:00)

"Real" heyətini yeni futbolçu ilə gücləndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, paytaxt təmsilçisi Argentinanın "Rivel Pleyt" komandasının 20 yaşlı yarımmüdafiəçisi Esekiel Palasiosu heyətinə qatıb.

Bildirilib ki, argentinalı oyunçu 2019-cu ilin yanvar ayının əvvəllərində "Real"la 5.5 illik müqavilə imzalayacaq. İspaniya nəhəngi Palasios üçün "Rivel Pleyt"ə 20 milyon avro ödəyəcək.