Prezident onları TƏLTİF ETDİ - SİYAHI

15 Noyabr 2018 17:22 (UTC+04:00)

Prezident İlham Əliyev Əvəz Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə Əvəz İlyas oğlu Qocayevə “Əməkdar mühəndis” fəxri adı verilsin.

***

Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Qasımov Əflatun Allahyar oğlu
Quliyev Hüsnü Ələkbər oğlu
Məmmədov Aqibət İdris oğlu

“Tərəqqi” medalı ilə

Əliyev Amil Məhəmməd oğlu
Əmirov Çingiz Aydın oğlu
Gülgəzov Fərhad Aşır oğlu
Həmzəyev Müseyib Mürsəl oğlu
Həsənov Zaur Mail oğlu
İbrahimov Valeh Firudin oğlu
Qarayev Coşqun Əlövsət oğlu
Mirzəbəyov Əhməd Əzizxan oğlu
Musayev Fazil Kamal oğlu
Səfərov Afiq Surxay oğlu