Hacı Nuran xərçəng xəstəsi olmasının ŞOK SƏBƏBİNİ AÇDI: "Anam..." - FOTO

16 Noyabr 2018 14:33 (UTC+04:00)

"15 noyabr... Bu tarixi heç sevmirəm. Amma ola bilsin tarixin də günahı yoxdur. İnsan gəldiyi və getdiyi günü də sevməlidir".

Publika.az xəbər verir ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov instaqramda yazıb. Hacı Nuran anasının gənclik fotosunu paylaşaraq bildirib ki, o, 15 noyabrda vəfat edib:

"Bir neçə il öncə anam uzun sürən xərçəng xəstəliyindən sonra həyatı tərk edəndə mən lap tək qaldım. Hələ də bu ayrılığın sonuna tələsirəm. Sonra da fikirdən, stresdən özüm də xəstəlik tapdım. Allaha şükürlər olsun, mən müalicə olunuram, amma anamı nə qədər də müalicə etsək, xilas edə bilmədik.

Ana haqqında nə yazılsa, azdır. Kaş ki, tarixi geri çəkmək gücüm olaydı. Rahat yat sevimli anam... Səndən bir də olmayacaq".