Kaliforniyada ölənlərin sayı 76-ya çatdı, 1276 nəfərdən xəbər yoxdur

18 Noyabr 2018 10:51 (UTC+04:00)

ABŞ-ın Kaliforniya ştatında davam edən meşə yanğınları nəticəsində ölənlərin sayı 76 nəfər çatıb.

Bu barədə ştatın Byut dairəsinin şerifi Kori Honi bildirib.

K.Honi deyib: "İtkin düşənlərin sayı 1276 nəfər çatıb. Ötən gecədən daha 5 nəfərin cəsədləri tapılıb və ölənlərin sayı 76-ya çatıb".

Qeyd edək ki, "Camp" adlı yanğın noyabrın 8-də Kaliforniyanın şimalında başlayıb. Bundan əlavə, ştatın cənubunda "Woolsey" və "Hill" yanğınları da davam edir.

Yanğınlar səbəbindən 300 mindən artıq insan təxliyə edilib. ABŞ prezidenti Donald Tramp Kaliforniyada böyük təbii fəlakət rejimi elan edib.(Trend)