Breksit müharibə ilə BAŞA ÇATACAQ? – Plan hazırlanır

18 Noyabr 2018 20:52 (UTC+04:00)

Böyük Britaniyada hərbi planlaşdırma üzrə mütəxəssislər ölkənin Breksit üzrə saziş olmadan Avropa İttifaqından çıxma ehtimalını nəzərə alaraq fövqəladə fəaliyyət planı hazırlayırlar.

Publika.az xəbər verir ki, bu haqda “The Sunday Times” qəzeti Böyük Britaniya ordusundakı mənbəyə istinadən bildirib.

Qeyd edilir ki, terror aktları törədiləcəyi halda polisin yardımı üçün cavabdeh olan təxminən 20 zabit sazişsiz Breksitin mümkün ssenarisinə hazırlığı sürətləndirmək barədə tapşırıq alıblar.

Xüsusi halda, qrup ictimai asayişin təmini, xəstəxanaların dərmanlarla təchizatı və Kent qraflığında nəqliyyat kollapsına imkan verilməməsi üzrə tədbirlər hazırlanır. Sözügedən qraflıqda qitə ilə Böyük Britaniyanı birləşdirən bərə keçid yerləşir.

Əməliyyata qısa müddətdə təxminən 10 min hərbi qulluqçu, həmçinin 1,2 min şəxsi heyət cəlb edilə bilər.

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey Breksit üzrə onun tərəfindən təklif edilmiş planı ən yaxşı və alternativsiz adlandırıb. Breksit üzrə “Yol xəritəsi”nə uyğun olaraq, Böyük Britaniya 29 mart tarixinə kimi Avropa İttifaqını tərk etməlidir.

Ömər