Heyvanlara işgəncə verənləri 5 il həbs gözləyir - QANUN

19 Noyabr 2018 09:33 (UTC+04:00)

Türkiyənin Ədalət və İnkişaf Partiyası heyvan haqları ilə bağlı qanunlara dəyişiklik təklif edib.

Publika.az xəbər verir ki, layihədə heyvanlara işgəncə verənlərə 1 ildən 5 ilə qədər həbs cəzası verilməsi nəzərdə tutulur.

Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı əsasında edilən dəyişiklikdə bu maddələr yer alıb:

— Bütün heyvanlar çipli, yəni “şəxsiyyət vəsiqəli” olacaq. Həmin çipdə heyvanın adı, yaşı, əgər varsa, sağlamlığına dair məlumatlar yer alacaq,

— Heyvanlara işgəncə edənlərə 1 ildən 5 ilə qədər həbs cəzası veriləcək,

— Ev heyvanını küçəyə atanlar cərimə ödəyəcək,

— Heyvan sığınacaqları üçün standart tədbirlər görüləcək.

Zümrüd