ABŞ və Rusiya ordusu arasında döyüş oldu - RƏSMİ

23 Noyabr 2018 15:30 (UTC+04:00)

Suriyada ABŞ və Rusiya hərbçiləri arasında döyüşlər baş verib.

Publika.az xəbər verir ki, Rusiyanın “Russia Today” telekanalının ərəb xidmətinin məlumatına görə, bu haqda ABŞ-ın Suriyadakı xüsusi nümayəndəsi Ceyms Jeffri bildirib.

Jeffri hadisənin nə zaman baş verdiyini, yaxud da ölən və yaralananların olub-olmadığını söyləməyib.

Ömər