Tanınmış təhsil eksperti VƏFAT ETDİ

27 Noyabr 2018 09:30 (UTC+04:00)

Azərbaycanın təhsil ictimaiyyətinə ağır itki üz verib.

Publika.az xəbər verir ki, azərbaycanlı şair, nasir, publisist, tənqidçi, pedaqoq Əjdər Ağayev 81 yaşında vəfat edib.

Bu barədə sosial şəbəkədə Nadir İsrafilov məlumat verib:

"Təhsilimizə ağır və üzücü itki... Azərbaycan pedaqogikasının böyük nümayəndəsi, nasir, şair, publisist, tənqidçi, pedaqoq, təhsil ictimaiyyətinin yaxın dostu, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1957), Əməkdar müəllim (2000), pedaqoji elmlər doktoru (1996), professor (1996). Azərbaycan təhsil şurasının sədri, Əjdər Ağayev haqq dünyasına qovuşdu".

Allah rəhmət eləsin