Kiyev Rusiyaya qarşı Türkiyədən elə bir şey istəyəcək ki… - ŞOK BƏYANAT

29 Noyabr 2018 13:55 (UTC+04:00)

Kiyev Kerç boğazında baş verən hadisədən sonra Bosfor boğazını Rusiya gəmiləri üçün bağlamaq xahişiylə dünya ictimaiyyətinə müraciət etmək niyyətindədir.

Publika.az UNİAN agentliyinə istinadən xəbər verir ki, bu haqda Ukrayna Hərbi-Dəniz Qüvvələrinin komandanı İqor Voronçenko dəniz təhlükəsizliyi məsələləri üzrə ikinci beynəlxalq konfransda bildirib.

O, həmçinin qeyd edib ki, Ukrayna boğazın bağlanmasını Türkiyədən xahiş edəcək.

Xatırladaq ki, noyabrın 25-də Rusiya sərhədçiləri Kerçen boğazında silah tətbiq edərək Ukrayna Hərbi-Dəniz Qüvvələrinin üç gəmisi saxlayıb. Nəticədə, 3 Ukrayna hərbçisi yaralanıb. Bundan başqa, 24 Ukrayna hərbçisi saxlanılıb. Ötən gün məhkəmə 24 dənizçidən 15-i barədə həbs qəti-imkan tədbiri seçib.

Poroşenko ötən gün Rusiya rəhbərliyindən dənizçiləri və gəmiləri azad etməyi tələb edib. Kiyev Rusiya sərhədçilərinin hərəkətlərini qanunsuz adlandırıb. Ukrayna hakimiyyətinin fikrincə, Moskva dəniz hüququ üzrə BMT Konvensiyasını, həmçinin Azov dənizi və Kerç boğazından istifadə üzrə əməkdaşlıq haqqında Ukrayna-Rusiya müqaviləsi pozub.

Ömər