Bakıda 10 metrlik ağac restoranın üstünə aşdı - FOTO

29 Noyabr 2018 21:38 (UTC+04:00)

Bakıda Məhəmməd Naxçıvani küçəsində güclü külək təxminən 10 metr hündürlüyündə ağacı aşırıb.

Publika.az xəbər verir ki, hadisə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin yaxınlığında baş verib. İrigövdəli ağac yaxınlıqdakı restoranın üzərinə aşıb.

Nəticədə restoranın dam örtüyü yararsız vəziyyətə düşüb. (Trend)