Emin Ağalarov Leyla Əliyevaya TƏŞƏKKÜR ETDİ - FOTO

1 Dekabr 2018 10:37 (UTC+04:00)

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə müğənni-bəstəkar Emin Ağalarovun əkiz oğulları Mikayıl və Əlinin bu gün 10 yaşı tamam olur.

Publika.az xəbər verir ki, bu münasibətlə E.Ağalarov oğullarının körpəlik fotosunu paylaşraq onları sosial şəbəkədə təbrik edib:

“Bu 10 il göz qırpınında keçdi. Oğlanlarım doğum gününüz mübarək! Bütün uşaqlara xoşbəxtlik arzu edirəm. Leyla, bu möcuzə üçün sənə təşəkkür edirəm”.

Moskvada yaşayan sənətçi əkizlərinə sürpriz hazırlayaraq gecəyarı özünü Bakıya çatdırıb. O, Əli və Mikayılla çarpayıda çəkilən şəkillərini paylaşaraq "Çatdırdım" deyə qeyd edib.