Türkiyənin Gəncədəki baş konsulu konsertdə mahnı oxudu - VİDEO

2 Dekabr 2018 20:06 (UTC+04:00)

Gəncə Dövlət Filarmoniyasında keçirilən konsertdə baş konsul canlı mahnı ifa edib.

"Report"un məlumatına görə, dekabrın 1-də Türkiyənin tanınmış müğənnisi Petək Dinçöz Gəncə Dövlət Filarmoniyasında konsert verib. Konsertə gələn qonaqlar arasında olan Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk səhnəyə çıxıb. O, mahnı ifa edib.

Konsulun ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.