Bakıda uşaqları zəhərləyən mağaza satıcıları ələ keçdi

5 Dekabr 2018 18:16 (UTC+04:00)

Bakıda mağaza satıcılarının yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib.

Publika.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 4-də Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları paytaxtın Nərimanov və Binəqədi Rayon Polis idarələrinin əməkdaşları ilə birgə həmin rayonların ərazisində reydlər keçiriblər. Bu zaman Nərimanov rayonu ərazisində 2, Binəqədi rayonu ərazisində isə 1 mağaza və köşkdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatları satmaları aşkar edilib. Həmin mağaza və köşklərin 3 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.