Rəqibin baş məşqçisi danışdı

24 İyun 2014 12:11 (UTC+04:00)

"Qəbələ"nin Avroliqada I təsnifat mərhələsindəki rəqibi Bosniya və Hersoqovinanın "Şiroki Brieq" klubunun baş məşqçisi Slaven Musa püşkün nəticəsini dəyərləndirib.

Publika.az xəbər verir ki, mütəxəssis UEFA-nın rəsmi saytına danışıb:

"Biz uzun səyahətin qarşısını almaq istəyərdik. "Qəbələ" bizim üçün naməlum komandadır, onlar haqda məlumatımız yoxdur. Cavab matçını evdə keçirməyimiz yaxşıdır. İnanıram ki, iki oyunda Azərbaycandan olan rəqibimizdən üstün olacağıq".