Azərbaycanda siqaretlə bağlı YENI QADAĞA – Sürücü və sərnişin 50 manat cərimələnəcək

11 Dekabr 2018 10:15 (UTC+04:00)

Tütündən istifadə ilə bağlı bəzi yeni cərimələr bu gündən rəsmən hüquqi qüvvəyə minib.

Publika.az xəbər verir ki, taksi sürücüləri və taksidən istifadə edənlər bu gündən taksidə siqaret çəkməyə görə 40-50 manat məbləğində cərimə edilə bilərlər: “Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə düzəliş hüquqi qüvvəyə minib.

Belə ki, istər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, 40-50 manat məbləğində cərimə oluna bilər.

Muxtar