Amerika İranı devirəcək - Xomenei Vaşinqtonun bütün planlarını İFŞA ETDİ

13 Dekabr 2018 10:46 (UTC+04:00)

İranın dini lideri Əli Xamanei Amerika və Səudiyyə Ərəbistanına qarşı sərt bəyanatlar səsləndirib.

Publika.az xəbər verir ki, Xamanei Amerika hökumətini İslam Respublikasını devirməyə cəhddə günahlandırıb.

İran-İraq müharibəsində və Suriya savaşında həlak olan “şəhid ailələri” ilə görüşən dini lider rejim tərəfdarlarını “düşmən” qarşısında ayıq-sayıq olmağa çağırıb: “Ayıq olun, amerikalılar cari ildə bizə qarşı hoqqa qaldrıa bilər. Əslində isə onların 1398-ci il (Miladi tarixlə 2019 – red.) üçün planı ola bilər. (Qeyd edək ki, İranda yeni il, Novruz bayramının 1-ci günündən başlanılır - red.). Hamı ayıq olmalıdır ki, dil-ağız tökən düşmənə aldanmasın və qapıdan qovulmuş xəbis düşmən bir daha pəncərədən daxil olmasın”.

Dini lider Amerikanın yenidən İrana qarşı sanksiyalar tətbiq etməsində məqsədinin ölkə daxilindəki qruplar arasında ixtilaf və ikitirəlik salmaq, insanların küçə etirazlarına çıxması təmin etmək olduğunu deyib:

“Bütün bunlara baxmayaraq, hesab edirəm ki, Amerikanın İran millətinə qarşı bütün planları artıq ifşa edilib. Onların bizə zərbə vura biləcək əlavə bir planı ola bilməz. Çünki onlar bizə qarşı əllərindən gələni ediblər və bundan artıq heç nə edə bilməyəcəklər”.

Xamneyi öz çıxışında həmçinin, Səudiyyə Ərəbistanını “cinayətkar” adlandırıb. Bu ölkənin regional siyasətini kəskin tənqid edib. O, Ər-Riyadı bölgədə Vaşinqtonla birgə əməkdaşlıq etməkdə, Yəmən və Bəhreynin daxili işlərinə qarışmaqda günahlandırıb.

Zümrüd