Vüqar Əhmədə vəzifə verildi

13 Dekabr 2018 11:22 (UTC+04:00)

Tanınmış şair Vüqar Əhmədə vəzifə verilib. O, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnsitutunda şöbə müdiri vəzifəsinə təyin edilib.

İnstitutdan Publika.az-a verilən açıqlamada bildirilib ki, V.Əhməd ötən həftədən mətbuat tarixi və publisistika şöbəsinin müdiri vəzifəsini icra edir.

Qeyd edək ki, bundan əvvəl şöbə müdiri Asif Rüstəmli idi. Lakin o, Prezident yanında Ali Attestasiya Komissiyası Humanitar, ictimai elmlər və sənətşünaslıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Buna görə də öz istəyi ilə A.Rüstəmli şöbə müdiri vəzifəsindən azad olunub.

Gülxar