İŞİD-in hədəf aldığı türbə Azərbaycanda – ŞOK – FOTOLAR

24 İyun 2014 15:59 (UTC+04:00)

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının partladığı Suriyanın Rakka şəhərində yerləşən Veysəl Karani (Üveys Qərani) türbəsi haqda maraqlı faktlar ortaya çıxıb.

Publika.az-ın apardığı araşdırmada məlum olub ki, Veysəl Karaninin qəbri Azərbaycandadır. Türbə Zərdab rayonunun Seyidlər kəndinin bir neçə kilometrliyində yerləşir. Məlumatlara görə, burda Peyğəmbər (s.ə.s) aşiqi, haqq-ədalət carçısı Veysəl Qəraninin dəfn olunduğu deyilir.

Veysəl Qərani Türkiyədə Veysel Karani adı ilə tanınır. Rəvayətə görə, 650-ci illərdə ərəblər islamı yaymaq üçün Azərbaycana gəliblər. Tuqay meşələri yaxınlığındakı Suffin şəhərində böyük döyüş olub. Bu ərazidə indi Zərdabın Yuxarı Seyidlər kəndi yerləşir. Deyilənlərə görə, Məhəmməd Peyğəmbərin (s.ə.s) müridi Veysəl Qərani burada şəhid olub və dəfn edilib. Dini inanc və etiqadların güclü olduğu yerlərdən sayılan Zərdab rayonuna bu ziyarətgaha hər il minlərlə insan axışır.

Asif