AZAL qadınları işə dəvət edir

14 Dekabr 2018 17:35 (UTC+04:00)

"Azərbaycan Hava Yolları" xanımlar arasında təyyarə bələdçisi vəzifəsinə sənəd qəbulu elan edir.

AZAL-dan Publika.az-a verilən məlumata görə, sənəd qəbulu dekabrın 17-dən yanvarın 17-dək saat 10.00-dan 12.00-a kimi aparılacaq.

Namizədlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə yalnız 18 yaşından 30 yaşınadək, boyu 165 sm-dən az və 180 sm-dən çox olmayan, mütləq qaydada azərbaycan, rus və inglis dillərində sərbəst danışan xoş görünüşlü xanımlar iştirak edə bilər. Digər xarici dilləri bilmək arzuolunandır.

Müsabiqədə iştirak üçün şəxsiyyət vəsiqəsi, bir fotoşəkil (3х4), xarici passport, diplom, tibbi və xarici dil sertifikatları (əgər mövcuddursa) aşağıdakı sənədlərin əsli və surətləri tələb olunur.

Bütün sənədlər Heydər Əliyev Beynəlxalq Aeroportunda “Azərbaycan Hava Yolları”nın (AZAL) Personalla iş üzrə Baş İdarəsinə təqdim olunmalıdır.