Türkiyədə fahişəliklə məşğul olan azərbaycanlı qadınlar saxlanıldı

17 Dekabr 2018 10:45 (UTC+04:00)

Türkiyənin Trabzon şəhərində 25 əcnəbi qadın polis tərəfindən saxlanılıb.

Publika.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxslər fahişəlikdə ittiham olunur.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı saxlanılan qadınların 12-i azərbaycanlı, 4-ü ukraynalı, 3-ü gürcü, 1-i özbək, 1-i qırğız, 1-i moldovalıdır.

Onlar ölkələrinə ekstradisiya edilməsi üçün miqrasiya idarəsinə təhvil verilib.