Dünya bu yapon milllət vəkilindən danışır – Foto

24 İyun 2014 19:08 (UTC+04:00)

Parlamentdə həmkarını “cəld ol, artıq evlən” sözləri ilə təhqir edən millət vəkili Akihiro Suzuki üzr istəyib.

Publika.az xəbər verir ki, Suzukinin bu sözləri ictimaiyyətdə sərt reaksiyalara səbəb olub. BBC-nin türk xidmətinin xəbərinə görə, hakim partiya LDP-nin (Liberal Demokrat Partiya) millət vəkili Suzuki jurnalistlərin qarşısında qadın həmkarı Şiomuraya baş əyərək ondan üzr istəyib.

Suzuki onu təhqir etmək niyyətinin olmadığını bildirib: “Bəzi qadınlar evlənmək istəyirlər, ancaq evlənə bilmirlər. Övlad sahibi olmaq istəyirlər, amma ola bilmirlər. Bu insanları düşünərək o cür danışdım. Bu cür problemə səbəb olduğum üçün bütün səmimiyyətimlə üzr istəyirəm”.

Şiomura isə öz növbəsində Suzukinin üzrxahlığını qəbul edib, amma eyni zamanda, bu üzrxahlığın gecikdiyini bildirib.

Vüsal Tağı