3 Türkiyə klubu "Qarabağ"ın futbolçusuna ELÇİ DÜŞDÜ

19 Dekabr 2018 10:00 (UTC+04:00)

"Qarabağ”ın hücumçusu Con Delarj tezliklə klubdan ayrılacaq.

Publika.az xəbər verir ki, Konqo yığmasının üzvünə artıq Türkiyə Superliqasından təkliflər gəlib.

"Gənclərbirliyi”, "Sivasspor” və adı açıqlanmayan daha bir komanda Delarjın xidmətində maraqlıdır.

Qeyd edək ki, Con Delarj “Qarabağ”da az forma şansı qazandığı üçün Azərbaycandan ayrılmaq istəyir. Onun haqqında qərar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarından sonra veriləcək.