Prezidentin addımı DÜŞMƏNİ ÇALXALADI: çöküş gözləniləndən tez başladı

20 Dekabr 2018 09:33 (UTC+04:00)

ABŞ hökumətinin Suriyadakı hərbi qüvvələrini geri çəkməsi PKK/YPG terror təşkilatını şoka salıb.

Publika.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tvitter hesabından “Prezidentliyim dövründə Suriyada qüvvələrimizin yerləşdirilməsinin tək səbəbi olan İŞİD terror təşkilatına qalib gəldik” sözlərini yazması Suriya gündəmini çalxalayıb.

Tramp və hərbi dairələrin paylaşımlarından sonra YPG/PKK-ya aid və ya təşkilata yaxınlığı ilə tanınan sosial media hesabları həmişəkindən fərqli olaraq bu duruma səssiz qalıb.

Şimal-şərqi Suriyadakı yerli media nümayəndələri mesajlarını cavabsız qoyan təşkilatın liderləri ilə belə əlaqə qura bilməyib.

Qeyd edək ki, Türkiyə Suriyanın Fərat çayının şərqində sözügedən terror təşkilatlarına qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb. Əməliyyatlarda Azad Suriya Ordusu da iştirak edəcək.

Zümrüd