ABŞ-dan daha bir GÖZLƏNİLMƏZ ADDIM - Əfqanıstan boşaldılır

21 Dekabr 2018 09:11 (UTC+04:00)

ABŞ Suriyadan sonra Əfqanıstandan da hərbi qüvvələrini geri çəkəcək.

Publika.az xəbər verir ki, bu barədə ABŞ mediasında iddia yer alıb.

Xəbərə görə, Donald Tramp Əfqanıstanda yerləşən 14 min əsgərdən yarısını vətəninə geri çağıracaq.

Hökumətin bu qərarı Suriyadan tamamilə çəkilmə qərarının arxasınca verməsi prezident Donald Trampın Yaxın Şərqdəki müharibə ocaqlarına dair əhəmiyyətli strateji dəyişikliklərə getdiyinə işarədir.

Anadolu Agentliyinin məlumatına görə, sözügedən qüvvələr qarşıdakı həftələrdə evlərinə geri qayıtmış olacaqlar.

Qeyd edək ki, Donald Tramp Suriyadakı ABŞ əsgərlərini və diplomatlarını 100 gün içində vətənlərinə geri qaytaracaqlarını bildirmişdi. Buna səbəb olaraq İŞİD terror təşkilatının məhv edildiyini və amerikalı əsgərlərin bölgədə işinin qlamadığını göstəmişdi.

Zümrüd