Azərbaycanın Olimpiya mükafatçısı oyunlardan kənarlaşdırıldı

23 Dekabr 2018 07:10 (UTC+04:00)

Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən keçirilmiş növbəti dopinq sınağından sonra 2012-ci ilin London Olimpiadasında Azərbaycanı təmsil etmiş bürünc mükafatçı Valentin Xristovu və London Olimpiadasının çempionu, ukraynalı Aleksey Toroxtini oyunlardan müvəqqəti kənarlaşdırıb.

Bu barədə IWF-in rəsmi saytında bildirilir.

London Olimpiadası ağırlıqqaldıranlarının sınaqlarının təkrar analizindən sonra onlarda qadağan edilmiş deqidroxlormetiltestosteron maddəsi aşkar edilib. Toroxti Londonda 105 kq-a qədər çəki kateqoriyasında qalib gəlib, Xristov isə 56 kq-a qədər çəki kateqoriyasında üçüncü olub.

Bundan başqa, IWF Özbəkistanın nümayəndəsi, Londonda 105 kq-a qədər çəkidə dördüncü yeri tutmuş Ruslan Nurudinovu da kənarlaşdırıb. Yenidən sınaq yoxlamasından sonra onda da deqidroxlormetiltestosteron və stanozolol aşkarlanıb. Nurudinov Rio-de-Janeyroda keçirilmiş Olimpiya oyunlarının çempionudur və 2013-cü ildə keçirilmiş dünya çempionatının qalibidir. Həmçinin Avropanın ikiqat çempionu Meline Daluzyan (Ermənistan) və belaruslu Nikolay Novikov da oyunlardan kənarlaşdırılıb (Report).