Məşhur futbolçunun EVİNİ YARDILAR - 1 milyon avroluq OĞURLUQ - FOTO

23 Dekabr 2018 22:53 (UTC+04:00)

PSJ-nin kapitanı Tyaqo Silvanın evinə oğru girib.

Publika.az xəbər verir ki, hadisə şənbə günü - Paris klubunun "Nant"la çempionat oyunu (1:0) vaxtı baş verib. Evə daxil olan naməlum şəxslər təxminən 600 min avroluq qızıl-zinət əşyaları və digər bahalı aksesuarlar aparıblar. Braziliyalı futbolçuya ümumilikdə 1 milyon avroluq ziyan dəyib.

Qeyd edək ki, ötən ay PSJ-nin digər müdafiəçisi Erik Maksim Şupo-Motinqin evi qarət olunmuşdu.