Boksçumuz ermənini rinqə çıxmağa PEŞMAN ETDİ

24 Dekabr 2018 22:18 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvada yerləşən "Krılya Sovetov” idman kompleksində boks gecəsi keçirilib. Turnirdə ölkəmizi Hidayət Musayev təmsil edib.

Publika.az xəbər verir ki, 75 kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı idmançı rinqdə erməni rəqibi Karen Avetisyanla üz-üzə gəlib.

Döyüşdə açıq-aşkar üstünlüyə sahib olan idmançımız düşmən ölkə təmsilçisini məğlub edib. (azvision.az)