"Qarabağ" onu ölkəsində İLİN ƏN YAXŞISI etdi

27 Dekabr 2018 11:21 (UTC+04:00)

“Qarabağ”ın haitili futbolçusu Donald Gerye ölkəsinin ən yaxşılarından biri seçilib.

Publika.az xəbər verir ki, o, 2018-ci ildə ölkə xaricində fəaliyyət göstərən ən yaxşı 10 haitili şəxsin siyahısına daxil edilib.

Münsiflərin sözlərinə görə Azərbaycan Premyer Liqasında ikinci mövsümdür oynayan Gerye bu ölkədə 2018-ci ilin ən yaxşı əcnəbi futbolçusu seçilib. Mövsümün əvvəlində ona İtaliyadan təklif gəlsə də, futbolçu "Qarabağ"da qalmağı üstün tutub. Mövsümün sonunda isə çempion olub. Geryenin avqustda uğurlu çıxışının köməyi ilə "Qarabağ" növbəti dəfə Avropa Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb. Buna görə də Geryeni bu xidmətlərinə görə ilin ən yaxşılarından biri seçiblər.