Qanunsuz ova görə 20 əcnəbi saxlanıldı

27 Dekabr 2018 16:40 (UTC+04:00)

Azərbaycanda bu il ərzində ov qaydalarını pozan 200-dən artıq yerli, 20 xarici vətəndaş saxlanılıb.

Publika.az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə jurnalistlərə açıqlamasında bildirib.

Direktor qeyd edib ki, Bakıda restoranların birində müştərilərə nəsli kəsilmək üzrə olduğundan adı “Qırmızı kitab”a salınan oxatan kirpi əti verilib: "Həmin şəxslər tapıldı və cəza tədbirləri həyata keçirildi. Həmin vətəndaşlar ovladıqları heyvanları restoranlara satmaq üçün ovlayırlar. Restoranlar da mənşəyi bilmədiyi əti istehlakçılara təqdim edirlər. Düzdür, restoranların qida təhlükəsizliyinə nəzarət etmək bizim səlahiyyətimizdə deyil. Gələcəkdə ola bilər ki, nazirlik bu obyektlərə xəbərdarlıq etsin, qaydalara əməl etməsələr, bağlanması üçün məhkəmə orqanları qarşısında iddia qaldırılsın.