Rusiyaya qalib gəl, 50 min qazan

25 İyun 2014 13:33 (UTC+04:00)

Dünya çempionatının H qrupunda yer alan Əlcəzair komandası 1/8 finala adlamaq üçün yaxşı şans əldə edib.

Publika.az xəbər verir ki, Əlcəzair qrup mərhələsinin son turunda Rusiya ilə oyunda 1 xal qazansa da növbəti mərhələyə adlaya bilər.

Əlcəzair Futbol Federasiyası futbolçuları stimullaşdırmaq üçün onlara mükafat vəd edib. Əlcəzair 1/8 finala vəsiqə əldə edəcəyi təqdirdə, hər bir futbolçu 50 min avro mükafat alacaq.

Qeyd edək ki, Əlcəzair – Rusiya oyunu iyunun 27-də keçiriləcək.