Azərbaycanda arvadı ilə dalaşan kişi ölümü seçdi

30 Dekabr 2018 13:23 (UTC+04:00)

Göygöl rayonunda intihar hadisəsi baş verib.

Rayonun Balçılı kənd sakini, 1951-ci il təvəllüdlü Kamal İsmayılov özünü yaşadığı evdə asaraq həyatına son qoyub.

Bildirilir ki, 68 yaşlı kişi həyat yoldaşı ilə münaqişə edəndən sonra qadın evi tərk edib.

Psixoloji sarsıntı keçirən kişi daha sonra intihar edib

Faktla bağlı araşdırma aparılır.