Yunker Avropa İttifaqının liderlərini “ikiüzlü” adlandırdı

30 Dekabr 2018 23:30 (UTC+04:00)

Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker Avropa İttifaqının liderlərini qurumun xarici sərhədlərinin möhkəmləndirilməsi, həmçinin Avropa Sərhəd Agentliyinin (Frontex) gücləndirilməsi məsələlərində ikiüzlü davranmaqda ittiham edib.

Publika.az xəbər verir ki, bu haqda “Die Welt” nəşri bildirib.

Onun sözlərinə görə, ölkələrin rəhbərləri artıq 2 ildən çoxdur ki, xarici sərhədlərin mühafizəsinin yaxşılaşdırılmasını tələb edirlər, amma indi Avropa ölkələrinin başçıları bunu milli müstəqilliyə müdaxilə kimi qiymətləndirirlər.

“Bu, ikiüzlülükdür. Avropa həqiqətən Avropa İttifaqının xarici sərhədlərini nəzarət altına almağa məcburdur”, - o deyib.

Ömər Dağlı