Ermənistanda kütləvi dava: bıçaqlananlar var

2 Yanvar 2019 09:38 (UTC+04:00)

Ermənistanda gənclər arasında kütləvi dava olub.

Publika.az "Report"a istinadən xəbər verir ki, dava zamanı 22 yaşlı Sevad S. və onun həmyaşıdı Vardan Q. bıçaqlanıblar. Yaralılar "Çaxkaovit" tibb mərkəzinə çatdırılıblar.

Hadisə yerinə gedən operativ polis qrupu cinayətin 18 yaşlı Qurgen N. tərəfindən törədildiyini müəyyənləşdirib. Fakt üzrə sənədlər hazırlanıb.

Daha əvvəl məlum olub ki, Ermənistanda ağır və xüsusi ağır cinayətlərin kəskin artımı mövcuddur.