Tanınmış bəstəkardan xeyir xəbər

25 İyun 2014 16:07 (UTC+04:00)

Bir çox hitlərin müəllifi bəstəkar-müğənni Nazimin sevincinin həddi-hüdudu yoxdur.

Publika.az-ın məlumatına görə, sənətçi bircə qızı Fatimənin ad gününü qeyd edir. Bir yaşlı Fatiməyə təmtəraqlı doğum günü törəni keçirən Nazim məclisə yaxınlarını və şou əhlini dəvət edib.

Məclis paytaxt restoranlarının birində baş tutacaq.

Cəvahir Səlimqızı