Çində TƏBİİ FƏLAKƏT - Yüzlərlə yaralı var

3 Yanvar 2019 19:28 (UTC+04:00)

Çinin Sıçuan əyalətində 5,3 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanlar nəticəsində 270-dən çox ailənin yaşadığı 700-ə yaxın ev ziyan görüb.

Zəlzələ nəticəsində azı 774 nəfər xəsarət alıb.

Qeyd olunur ki, bölgədə xilasetmə işlər aparılır. Sakinlər təhlükəsiz rayonlara köçürülür.