Neftçala sakinlərinin KABUSUNA ÇEVRİLƏN şəxslər saxlanıldı

5 Yanvar 2019 18:19 (UTC+04:00)

Neftçala rayonu ərazisində 5 evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 5 evdən pul, qızıl-zinət əşyaları və təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən Bankə qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Fariz Şirəliyev və Peyman Talıblı saxlanılıblar.