Hacıqabulda 9 yaşlı qız su nohuruna düşdü

11 Yanvar 2019 05:53 (UTC+04:00)

Hacıqabul rayonunda su nohuruna düşən 9 yaşlı qız xilas edilib.

Hadisə Hacıqabul rayonunun Nəvahi kəndində qeydə alınıb.

Həmin kəndin 2009-cu il təvəllüdlü sakini Dövlətova Aytən Elvin qızıehtiyatsızlıqdan su nohuruna düşüb. Doqquz yaşlı qız yaxınları tərəfindən xilas edilib. Hazırda Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır. (report.az)