ABŞ silahları ilə Suriyanı bombaladılar

11 Yanvar 2019 10:00 (UTC+04:00)

PKK/YPG terror təşkilatı Suriyanın şimalında yerləşən Azez bölgəsindəki müxaliflərə hücum edib.

Publika.az xəbər verir ki, terrorçular bu zaman Amerika istehsalı olan TOW tank əleyhinə raketlərindən istifadə ediblər.

Hücum nəticəsində Azad Suriya Ordusunun iki əsgəri həlak olub.

Anadolu Agentliyinin yaydığı xəbərə görə, Təl Rıfat bölgəsini işğal edən PKK-çılar mütəmadi olaraq ABŞ silahları ilə müxaliflərə qarşı hücum təşkil edir.

Zümrüd