Yük qatarı relsdən çıxdı

12 Yanvar 2019 08:00 (UTC+04:00)

Rusiyanın İrkutsk vilayətində kömür dolu yük qatarı relsdən çıxıb.

Publika.az xəbər verir ki, ölən və xəsarət alan yoxdur. Hadisənin yerli vaxtla saat 09:20-də baş verdiyini bildirilir.

Yük qatarında 67 vaqon olub. Hadisə yerinə iki bərpaedici qatar və mütəxəssislər göndərilib. Bundan əlavə, hadisə yerinə Rusiya FHN-dən və yanğınsöndürən-xilasedici qarnizonundan operativ qruplar cəlb olunub.