Şirvanda dəhşətli hadisə: YARALILAR VAR - FOTO-VİDEO

13 Yanvar 2019 14:32 (UTC+04:00)

Şirvan şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı bir neçə nəfər xəsarət alıb.

Publika.az Report-a istinadən xəbər verir ki, “Mercedes” markalı, "99 KM 173" dövlət nömrə nişanlı avtomobillə "VAZ-21011" markalı, "54 BH 327" dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində 3 nəfər, Şirvan sakinləri - 1970-ci il təvəllüdlü Füzuli İbrahimov, 1972-ci il təvəllüdlü Azər Şəmiyev, habelə 1984-cü il təvəllüdlü Qismət Əliyev xəsarət alıblar.

Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. F.İbrahimov, A.Şəmiyev xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Q.Əliyev isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır.