"Beşiktaş"ın futbolçusu ingilis klubunda

13 Yanvar 2019 16:37 (UTC+04:00)

"Beşiktaş"ın yarımmüdafiəçisi Rayan Babel karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.

Publika.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, hollandiyalı futbolçu "Fulhem"lə anlaşıb. Premyer Liqa təmsilçisi 32 yaşlı futbolçuya görə İstanbul klubuna 2 milyon avro təzminat ödəyəcək. "Beşiktaş"ın yaxın saatlarda transferi rəsmən açıqlayacağı bildirilir.

Qeyd edək ki, 2 il öncə azad agent kimi "Beşiktaş"a keçən Babelin "qara qartallar"la sözləməsi bu mövsümün sonuna qədər idi.