Nazirlik Bakıda 2 nəfərin öldüyü hadisə ilə bağlı məlumat yaydı

14 Yanvar 2019 13:09 (UTC+04:00)

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş dəhşətli yol qəzası ilə bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, yanvarın 13-də saat 13 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub. Sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.