Türkiyədə PARTLAYIŞ: ölənlər var

15 Yanvar 2019 01:09 (UTC+04:00)

Türkiyənin İzmir şəhərində mis tozu istehsal edilən zavodda partlayış olub.

Publika.az xəbər verir ki, zavodda qazanın partlaması nəticəsində 2 fəhlə dünyasını dəyişib, 3 nəfər isə yaralanıb.

Yanvarın 14-ü axşam saatlarında qeydə alınan partlayış zamanı zavodda ümumlikdə 11 fəhlə olub.